Xəbər lenti

Depressiyada olan insanları intihardan necə çəkindirmək olar? - Psixoloqdan açıqlama
Ölkə11:35 10.10.2016

Depressiyada olan insanları intihardan necə çəkindirmək olar? - Psixoloqdan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev açıqlamasına bildirib ki, artıq psixoloji durumu ilə əlaqədar müraciət edən insanların sayı artıb. Rüstəm Salahovun sözlərinə görə, depressiyada olanların hardasa 20 faizi intihar etmək barəsində fikirləşir.

İnsanları psixoloji problemləri nədən qaynaqlanır? Bu kimi insanların sayında artımın olması nədən xəbər verir? Depressiyaya düşənlərə intihar etməmək üçün nə kimi yardım edə bilərik? Qaynarinfo.Az-ın bu və digər suallarını psixoloq Vəfa Əkbər cavablandırıb:

“Psixoloqun vəzifəsi psixoloji vəziyyəti gərgin olan insanlara çıxış yolunu göstərməsidir. Əvvəllər də belə xəstələrin sayı çox olub. Sadəcə, psixologiya yeni bir sahə olduğu üçün müraciət edənlərin sayında artım hər il müşahidə olunur. Əvvəllər, ailə üzvləri, rəfiqə, dost bu tip insanları psixoloji durumdan çıxarmağa çalışırdı. O vaxtlar insanlar təsəlli axtarırdılar və tapırdılar. Çünki o zaman qlobal problemlər yaşamırdılar. Elmin və texnologiyanın inkişaf etdiyi dövrdəyik, təbii ki, bu inkişaf dönəmində insanın əsəbləri tükənir. Amma insan beyni daim inkişafdadır, daim yeni informasiya tələb edir. Belə bir dövrdə psixoloqa tələb get-gedə artacaq. Artıq təsəllilər, sakitləşdirmələr öz qüvvəsini itirir. Çünki insanlar özlərini məsləhətə ehtiyac görmürlər. Xüsusən də, gənc və yeniyetmələr bu problemlərlə üz-üzədir. 

İntiharların sayı məhz gənclər arasında çoxalıb. Onlara vəziyyətlərini izah edən, onları anlayan, “Kimsə məni başa düşürmü” kimi suallara cavab axtarırlar. İnsanlar elə bilirlər ki, psixoloq yalnız məsləhət verir. Halbuki məsləhət verən psixoloq psixoloq deyil. Psixoloq heç bir zaman məsləhət verə bilməz. Psixoloq vəziyyətdən çıxış yollarını göstərir, seçim insanın özündədir, seçib-seçməyəcəyini özü qərar verir. Depressiyaya düşən insanlara gəldikdə isə daim ətrafında olan insanlar ona diqtə etməyə çalışırlar ki, sən güclüsən, bu sənə yaraşmır. Həmin insan o anda çıxılmaz vəziyyətdə tək qalanda “mən axı güclü insanam, niyə bu vəziyyətə düşdüm, zəif insanamsa artıq yaşamayım” fikrinə düşür. Bu tip insanlara ailədə dəstək, onları bu vəziyyətdən çıxaracaq yardımlar olmur. O zaman depressiyada olan insanlar intihar fikrinə düşürlər. Sağlam insanlar da psixoloqa müraciət edirlər, çünki sağlam insan yaranacaq problemi öncədən aradan qaldırmağa çalışır. Ən pis hal isə problemin mərkəzində olub çıxış yolu axtarmamaqdır.”

Pərvin Zeynal

Qaynarinfo.Az