Xəbər lenti

Deputat: "1 milyard insan aclıq çəkir, digər tərəfdə minlərlə ton ərzaq israf edilir"
Ölkə07:13 31.07.2020

Deputat: "1 milyard insan aclıq çəkir, digər tərəfdə minlərlə ton ərzaq israf edilir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda dünyada 1 milyarda yaxın insan və ya təxminən 8 nəfərdən biri aclıqdan əziyyət çəkir".
Qaynarinfo xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, bayramlar bizləri birləşdirən, sevgi, birlik bağlarımızı daha da gücləndirən günlərdir:
"Yardımlaşma, paylaşma kimi xeyirxah əməlləri özündə birləşdirən Qurban bayramı da mənəviyyatımızı zənginləşdirən bayramlardandır. Müqəddəs Qurani-Kərim Qurban bayramı vasitəsi ilə nəinki İslam aləminə, bütövlükdə dünyaya qardaşlıq, barış və birlik vəd edir. Digər tərəfdən də müsəlman dünyasında qıdaya ehtiyacı olan insanlara yardım nümayiş etdirilir. Lakin bugün, xüsusən pandemiya dövründə dünyada qida ilə təmin olunmayan insanların sayı getdikcə artmaqdadır. Belə ki, hazırda dünyada 1 milyarda yaxın insan və ya təxminən 8 nəfərdən biri aclıqdan əziyyət çəkir. Dünyanın digər hissəsində isə gündə minlərlə ton ərzaq israf edilir. BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hər il 1.3 milyard metrik ton ərzaq məhsulları israf olunur ki, bu da dünyada istehsal olunan ərzaq məhsullarının 1/3-i deməkdir. Zəif inkişaf etmiş ölkələrdə isə hər gün 100 minlərlə insan qida çatışmazlığından dünyasını dəyişir".
Deputat hesab edir ki, bu baxımdan Qurban bayramı məhz köməyə ehtiyacı olan insanları yada salmaq, dayaq durmaq və onlarla birlikdə olmaq üçündür: 
"İnanıram ki, yalnız bu müqəddəs günlərdə deyil, xeyirxah əməllərimizlə hər zaman sevgi və qayğıya ehtiyacı olan insanların sevinci olacağıq. Bu duyğu və düşüncə ilə əziz həmvətənlərimin humanizm, xeyirxahlıq, bərabərlik rəmzi olan Qurban bayramını səmimi qəlbdən təbrik edir, bütün dünyamıza sülh və əmin-amanlıq diləyirəm. Allah dualarınızı qəbul etsin".
Bahar Rüstəmli