Xəbər lenti

Deputat bankların faizlərinin aşağı salınmasını təklif etdi
Ölkə07:27 15.11.2023

Deputat bankların faizlərinin aşağı salınmasını təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bu gün keçirilən iclasında bankların fazilərinin aşağı salınması təklif olunub.
Qaynarinfo xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov çıxış edib. 
 Siyavuş Novruzov qeyd edib ki, vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faizləri yuxarıdır: 
"Bunlar 14 faizdən başlayır. Keçmişdə daha yuxarı idi və tədricən aşağı salınıb. Bu gündə illik 14 faiz çoxdur. Hesab edirəm ki, bankların faizlərinin aşağı salınması olmalıdır".
Deputat bildirib ki, bankların xarici banklarla əməkdaşlığı sıfır səviyyəsindədir: 
"Həmçinin, valyuta dəyişmə məntəqələrinin sayını artırmaq lazımdır. Rayonlarda qara bazar fəaliyyət göstərir. Rayon bazarlarının içərisində, müəyyən avtobus dayanacaqlarında əldə pullar dəyişilir və dövlətə hər hansı xeyir gəlmir".
 
Qafqaz Rafiqoğlu