Xəbər lenti

Deputat: “Bu cür narkomanlar evdə də müalicə oluna bilər”
Ölkə15:52 01.12.2017

Deputat: “Bu cür narkomanlar evdə də müalicə oluna bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Narkomaniyadan əziyyət çəkənlərin icbari müalicəsi üçün tibb müəssisələrinin sayı yetərli deyil”.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisdə Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikdən danışarkən deyib.
O bildirib ki, belə xəstələrin müalicəsi vacibdir.
"Elələri var ki, narkotik maddənin iki-üç dəfə istifadə edib və təcrübəli narkoman deyillər. Bu şəxslər evlərdə də müalicə oluna bilər. Onların tibb məntəqəsində yerləşdirilməsi elə azadlıqdan mərhum etmək deməkdir. Fikrimcə, belə müəssisələrə ağır xəstələr yerləşdirilməlidir”.