Xəbər lenti

Deputat “Bu nömrəyə zəng çatmır”dan narazılıq etdi
Ölkə13:13 26.11.2014

Deputat “Bu nömrəyə zəng çatmır”dan narazılıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Deputat “Bu nömrəyə zəng çatmır”dan narazılıq etdi.

“Mən də fikirləşirdim ki, niyə bəzi insanların telefonları həmişə bu cavabı verir”.

Millət vəkili Aydın Mirzəzadə telefonlara yüklənən “Bu nömrəyə zəng çatmır” proqramından narahat olduğunu vurğulayıb. 

Qaynar.info xəbər verir ki, deputat bu barədə Facebook hesabında yazıb.

A.Mirzəzadə bildirib ki, belə bir proqramın mövcud olduğunu yenicə öyrənib.

“Mən də fikirləşirdim ki, niyə bəzi insanların telefonları həmişə bu cavabı verir. İnsanları yalana, aldatmağa yol göstərirlərmiş, özünün konturu ilə. İnsanlıq dürüstlüyə, səmimiyyətə gedir, kimlərsə isə abonentlərə yalan mesaj proqramı yükləməyi təklif edirlər.

Nə onları, nə bu təklifdən yararlananları başa düşə bilmirəm. Heç zaman belə proqramdan istifadə etmərəm, əgər telefonum belə cavab verərsə, onda doğrudan da telefonum söndürülmüş vəziyyətdədir”.

Qaynar.info