Xəbər lenti

Deputat: "Bu qədər universitetə nə ehtiyac var?"
Ölkə15:50 01.10.2018

Deputat: "Bu qədər universitetə nə ehtiyac var?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib.
"Qafqazinfo” xəbər verir ki, o bu təkliflə parlamentin bugünkü iclasında çıxış edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır:
"Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.