Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ABŞ-da Corctaun Universitetinin tələbələri ilə görüşüb.Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə millət vəkili tələbələrə ölkəmiz barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
A.Mollazadə həmçinin Texas ştatından olan demokrat konqresmen Henry Cuellerlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, ölkəmizdəki və regionumuzdakı ictimai-siyasi vəziyyət, enerji təhlükəsizliyi və terrorizmlə mübarizə məsələləri müzakirə edilib.
Qaynar.info

