Xəbər lenti

Deputat:  "Hərbçilərimizin orada da, burda da hüquqlarını qorumalıyıq"
Ölkə07:16 16.06.2023

Deputat:  "Hərbçilərimizin orada da, burda da hüquqlarını qorumalıyıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün sərhəd bölgələrimizdə işğalçı Ermənistan dövləti və onu dəstəkləyən qüvvələr tərəfindən Azərbaycanın suveren hüquqularını həyata keçirməsinə mane olacaq addımlar atılır. Azərbaycan dövləti də qətiyyətlə bu addımların cavabını verir". 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, hərbçilərimizin orada da, burda da hüquqlarını qorumaq lazımdır: 
"2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün pensiyaları artmır. Bu gün birinci zərbəni öz üzərinə Sərhəd Qoşunları, hərbçilərimiz götürür. Əlahiddə xidmət edən insanların hər hansı şikayəti olmamalıdır. Onların konkret şikayəti üzrə konkret addımlar atılmalıdır. Bu istiqamətdə bütün qurumların dərhal özlərinə aid məsuliyyəti anlaması lazımdır. Hərbçini incidəcək bir fəaliyyət olmamalıdır. Ölkə Prezidenti hər şeyi edir, maaşları artırır. Amma yerlərdə onun tətbiqi ilə bağlı problemlər yaşanır". 
Qafqaz Rafiqoğlu