"Müxtəlif ölklərdə iki ildən bir bəzən hər il hərbi doktirina dəyişir. Azərbaycan Respublikasının Hərbi doktrinasına da dəyişiklik etməyin vaxtıdır".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
Deputat qeyd edib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri də dəyişib:
"Bu Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycan Respublikasının Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacib olardı".
Qafqaz Rafiqoğlu