Xəbər lenti

Millət vəkilindən üzrxahlıq
Ölkə14:31 07.05.2020

Millət vəkilindən üzrxahlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Qaynarinfo.az saytı millət vəkili Vahid Əhmədovdan həbs olunan icra başçılarının korrupsiyaya bulaşması məsələsinə münasibət öyrənərək dərc edib. Söhbət əsnasında həm də Qazax rayonu icra başçısı haqqında mətbuatda yayılan "bahalı şəxsi avtomobil" məsələsinə münasibət öyrənilib.
Amma nəticədə yanlışlıqla Vahid Əhmədovun həbs olunan icra başçıları haqqında dediyi ümumi fikirlər Qazax rayonu icra başçısı haqqında suala münasibət kimi təqdim olunub.
Yaranan narahatçılığa görə, hər iki tərəfdən, xüsusən də hörmətli millət vəkilindən üzr istəyirik.
V.Əhmədovun mövzu ilə bağlı münasibətini təqdim edirik:
"İcra başçılarının 90 faizi bizneslə məşğuldur. Mən onun tərəfdarıyam ki, icra baçşılarının əmək haqlarına yenidən baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. İcra başçılarının maaşını da artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.