
“İlham Əliyevin qələbəsi xalqın qələbəsidir”
“9 oktyabr prezident seçkilərində əhalinin seçkilərdə aktivliyi göstərdi ki, Azərbaycan cəmiyyəti kifayət qədər siyasi proseslərə, kütləvi siyasi kampaniyalara münasibətdə fəaldır. Bu kütləviliyin digər bir səbəbi isə xalqın İlham Əliyevin 10 illik hakimiyyəti dövründə sosial, iqtisadi və siyasi sabitliyə olan münasibəti ilə bağlıdır. Yəni xalqımız İlham Əliyev liderliyində Azərbaycanın qeyd etdiyim sahələrdə sürətli inkişafının şahidi olub və bu ikişaf insanların həyat tərzində, cəmiyyətin dəyişməsində mühüm amil kimi dəyərləndirilməlidir”.
Bunu Milli Məclisdə 70 saylı Masallı şəhər Seçki Dairəsini təmsil edən deputat Nəriman Əliyev bildirib.
Millət vəkili qeyd edib ki, 9 oktyabr prezident seçkiləri istər seçkilərin təşkili, istərsə də beynəlxalq içtimayyətin seçkiləri izləməsi baxımından yüksək qiymətləndirilməli və ölkəmizdə demokratik seçkilərin keçirilməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi dəyərləndirilməldir: “Bu irəliləyişləri, seçki prosesini izləyən beynəlxalq müşahidə missiyaları da təsdqlədilər. Çənub bölgəsində seçkilərin gedişatını müşahidə edən beynəlxalq təşkilatların müşahidə missiyaları müşahidələr apardıqları DSK-da və MSK-da demokratik seçki mühitinin yaradıldığını və belə bir mühitdə insanların səsverməsi və öz hüququndan istifadə edərək sərbəst şəkildə səs verməsi üçün heç bir maneələr yoxdur. Biz belə bir mühitin yaradılması ilə bir daha sübut etdik ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir”.
Millət vəkili keçirilən seçkilərdə ölkə prezidenti İlham Əliyevin rəqiblərini ciddi şəkildə geridə qoyaraq 84 faizdən artıq səs toplayaraq yenidən prezident seçilməsinə də toxundu: “Xalqın seçiminə hər bir şəxs hörmətlə yanaşmalıdır. İlham Əliyev cənablarının qələbəsi onun 10 illik yorulmaz fəaliyyətinin, həyata keçirdiyi uğurlu layihələrin və sosial-iqtisadi dirçəlişə xalqın verdiyi qiymətdi. Xalq İlham Əliyevin liderliyində ulu öndər Heydər Əliyev ideologiyasına əsaslanaraq Azərbaycanın daha da irəliləməsini istəyir. Elə 9 oktyabrda İ.Əliyevin möhtəşəm qələbəsi onu deməyə əsas verir ki, İlham Əliyevin qələbəsi xalqın qələbəsidir. 9 oktyabrda Azərbaycan və Heydər Əliyev siyasi kursu və bu kursun layiqli davamçısı İlham Əliyev qələbə qazandı. Mən bir Azərbaycan vətəndaşı olaraq 70 saylı Masallı şəhər dairəsi ərazisində yaşayan insanların adından, bütövlükdə Masallı camaatı adından İlham Əliyevi bu qələbə münasibəti ilə təbrik edirəm”./veteninfo/