Xəbər lenti

Deputat:
Ölkə 13:52 07.06.2024

Deputat: "İşə düzəlmədə hamı çətinlik çəkir"

 Əksər məqsədli proqramlar öz təsdiqini tapmır.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
 
Deputat bildirib ki, DSMF büdcəsində əlavə 30 milyon gəlir nəzərdə tutulur, bunu aparılan şəfafflaşdırma və əməkhaqqında artım hesabına edildiyi açıqlamada qeyd edilib:.

"İşə düzəlmədə hamı çətinlik çəkir. Ona görə məqsədli proqramda bunu xatırlatmağa ehtiyac yoxdur. Özəl sektorla bunu bacarmayanda biz yenə yıxırıq yükü dövlətin üzərinə ki, əlavə kvotalar yarat. Niyə dövlətə əlavə yük yıxaq? İSF də isə 53 milyon manat istifadfəsiz vəsait var. Bunu sahibkarlığın inkişafına yönləndirməliyik. Iş yerlərini sahibkarlar yarada bilər. Minimum az miqdarda əməlhaqqı ilə hansısa vətəndaşın xoşbəxt olması mümkün deyil. Biz özəl sektorun imkanlarını genişləndrməliyik”.

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->