"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi yaxşı olardı”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqəsədəuyğundur:
"Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləyənlərin üzərinə daha çox görəv düşüb. İlkin qiymətləndirmələrə görə, azad olunan ərazilərimizdə işğal müddətində erməni silahlı qüvvələri tərəfindən yüz minlərlə mina basdırılıb. Yalnız Füzuli və Zəngilan rayonlarına 92 mindən çox mina basdırılıb ki, bu da minatəmizləyənlərin işinin miqyasının necə geniş olduğunu təsəvvür etməyə imkan verir. İkinci Dünya Müharibəsi daxil olmaqla fərqli savaşların nümunələri göstərir ki, ərazilərin minalardan təmizlənməsi uzun müddət tələb edir. Aydındır ki, mina təmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı fazili kreditlər ilə ev almasına imkan yarada bilər”.
Bundan başqa, Vüqar Bayramov Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edib:
"İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi yaxşı olardı. Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb.
Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqlarında artırmların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir”.
Deputat bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyətinin daha genişlənəcəyini vurğulayıb:
"İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşılmasında da minatəmizləyənlərin xüsusi töhfəsi olacaq”.
Bahar Rüstəmli