Xəbər lenti

Deputat nazirə etiraz edib İctimai şuradan istefa verdi
Ölkə18:22 10.07.2023

Deputat nazirə etiraz edib İctimai şuradan istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və təhsil nazirliyinin yanında İctimai Şuradan istefa verib.
Qaynarinfo xəbər verir ki, E. Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat nazir Emin Əmrullayev tərəfindən şəxsi yazışmalarının ictimailəşdiridiyini və şura üzvlərinin onun təsiri altında olduğunu qeyd edib. E. Əliyev bildirib ki, şəxsi yazışmanın ictimailəşdirəlməsi mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə ziddir: "Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, Şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi "yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti "İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. Bütün bunları əsas götürüb, Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm".