Xəbər lenti

Deputat: “O adam hələ həbs edilməyib”
Ölkə09:04 17.09.2013

Deputat: “O adam hələ həbs edilməyib”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“O dələduz yenə dezinformasiya yaymaqla məşğuldur”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Etibar Hüseynov deyib. Bir müddət öncə mülk üstündə aralarında dava düşən Rauf Qubadovun həbs edilməsi xəbərinə  münasibət bidirən deputat “o həbs edilməyib, sadəcə saxlanılıb. Hələ məhkəmə olmayıb. Məhkəmə bitən kimi vəkilim bu barədə açıqlama verəcək”, - deyə E. Hüseynov vurğulayıb.

Xatırladaq ki, Azadlıq prospekti-88 ünvanda millət vəkili Etibar Hüseynovla dalaşan Rauf Qubadov adlı şəxsin həbs edilməsi xəbəri yayılıb. Buna səbəb həmin şəxsin millət vəkilini təhqir etməsi və zərərçəkənin ondan şikayət etməsi  olub.

Qaynar.info