Xəbər lenti

Deputat oğlu ilə bağlı rəsmi açıqlama
Ölkə17:07 06.03.2014

Deputat oğlu ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi (DİN) bir neçə ay əvvəl deputat Ayaz Orucovunoğlunun Bakıda maşına atəş açması barədə yayılan xəbərlərə münasibətbildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi OrxanMansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, məsələnin mahiyyətihəddindən artıq şişirdilib və bu ətrafda yersiz ajiotaj yaradılıb.

 Onunsözlərinə görə, həqiqətən hadisədə adıçəkilən “Nissan Juke” markalı, Az90 NX 685 nömrə nişanlı maşında olan Ramilə Süleymanova Binəqədi rayonPolis İdarəsinin 7-ci polis bölməsinə ərizə ilə müraciət edib və onunərizəsi əsasında idarədə müvafiq araşdırma aparılıb, hər iki tərəfinizahatı alınıb: “Araşdırma nəticəsində məlum olub ki, qarşı tərəfdə“Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşında ikigənc oğlan olub və onlar gecə saat 2-3 radələrində tanışlıq məqsədiləxanımların arxası ilə sürüblər. Tanış olmaq istəyiblər və bu,alınmayandan sonra yolları ayrılıb, məsələ də bununla bitib. Həminaraşdırmalarla bağlı ekspertiza da müəyyən rəy verib. Belə ki, “NissanJuke” markalı, Az 90 NX 685 nömrə nişanlı avtomobilin arxa hissəsindəolan zədələrin odlu və ya pnevmatik silahdan açılan atəşin zədələrininizləri olmadığı müəyyənləşib. Bunlar sadəcə mexaniki zədələr olub. Onagörə xanımların dedikləri kimi maşına 8 güllənin atılması kimi məsələləröz təsdiqini tapmayıb. Həmin maşının arxa şüşəsi çatlayıb və onun sınıbtökülməsi barədə deyilənlər də yalandır. Əgər maşına güllə dəysəydi,arxa şüşə sınardı”.

DİN rəsmisi qeyd edib ki, iddiaçıxanım tərəfindən məsələnin mahiyyəti qəsdən şişirdilir və ətrafda süniajiotaj yaramaq istəyir: “Polis tərəfindən tam qanuni tədbirlər görülüb.Ona görə də onun iddiaları əsasızdır. Araşdırma nəticəsində ekspertrəyi və şahid ifadələri ilə onların dedikləri təsdiqini tapmayıb. Onagörə də araşdırmanın nəticələrinə əsasən məsələ cinayət tərkibliolmadığı üçün onun araşdırılmasına xitam verilib. Cinayət işininbaşlanmasının rədd olunması barədə qərar çıxarılıb”.

Qeydedək ki, “Nissan Juke” markalı avtomobildə olan Aynurə Cəfərova bu gün“Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayılOrucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığınıbildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib.

Qaynar.info