Xəbər lenti

Deputat Oğuzdakı olaydan danışdı
Ölkə13:58 19.06.2013

Deputat Oğuzdakı olaydan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Kənddə heç bir etiraz aksiyası keçirilməyib”

Mətbuatda yayılan məlumata görə, bu gün Oğuz rayonunun Şirvanlı kəndində su problemi ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiyasının qarşısının alınması üçün kəndə polis qüvvələri gətirilib. Nəticədə kənd sakini, Müsavat Partiyası Oğuz rayon təşkilatının üzvü Eldəniz Adıgözəlov polis tərəfindən saxlanılıb.

Yayılan məlumatlara münasibət bildirən 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputat seçilmiş Aqiyə Naxçıvanlı Qaynar.info-ya deyib ki, kənddə heç bir etiraz aksiyası keçirilməyib: “Hər həftə icra hakimiyyətinin struktur bölmələri kəndlərdə iclaslar keçirirlər. Həmin iclas bu dəfə Şirvanlı kəndində olub. Yəni planlı iclas olub. Orada bir nəfər - Müsavat Partiyasının üzvü tədbiri pozmağa cəhd edib. Həmin iclasda 150-dən çox adam iştirak edib. Hamı da onun bu əməlini pisləyib. Vəssalam, orada bundan artıq bir şey olmayıb”.

İlkin
Qaynar.info