Xəbər lenti

Deputat qadınları qınaq atəşinə tutdu: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” (VİDEO)
Video 23:55 13.05.2024

Deputat qadınları qınaq atəşinə tutdu: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” (VİDEO)

"Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır”.


Bunu Baku TV-də yayımlanan "Qapqara” verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.


O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmək məsuliyyətinin az olmasından gileylənib:


"Uşağı əməliyyatla dünyaya gətirirlər, ona öz südlərini vermirlər. Övladlarına layla oxumurlar, imkanı olanlar dayə tuturlar, mane olmasın deyə uşağa telefon verib başını qatırlar. Bunun nəyi analıqdır?!”.


Millət vəkili verilişdə onu da söyləyib ki, heç vaxt nə vəzifəsindən, nə də adından sui-istifadə etməyib:


"Heç vaxt haramla işim olmayıb. Halallıq dəbdən düşmüş sözdür. Amma halallıq onsuz da dəb üçün deyil, insanın içindəki rahatlığı qorumaq üçündür”.


Ətraflı süjetdə:



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->