
Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında qiymət artımı tənqid olunub.
"Qaynar" APA-ya istinadən xəbər verir ki, deputat Araz Əlizadə bildirib ki, ölkədə qiymətlər ildə iki dəfə 20-25% artır:
“Bu, artıq ənənəvi hal alıb. Bahalaşma, xüsusilə, ərzaq və dərmanların qiymətlərində müşahidə olunur”.
Deputat bunun ciddi narahatlıq yaratdığını deyib: “Cənab prezident ildə iki dəfə maaşların artırılması barədə qərar verir.
Bununla bərabər isə ölkədə bəziləri tərəfindən qiymətlər müvafiq olaraq dərhal 20-25% artırılır, bununla da atılan addımın əhəmiyyətini itirirlər. Belə hara gedirik?
Deyim var ki, “Bir kərə qalxan bayraq, bir daha enməz”, təəssüf ki, bizdə qalxan qiymətlər də enmir, əksinə, getdikcə qalxır”.
Qaynar.Az