Xəbər lenti

Deputat şiş istəyir – Milli Məclisdə təklif
Ölkə13:16 14.03.2014

Deputat şiş istəyir – Milli Məclisdə təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycana kabab şişləri lazımdır”

Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb. 

Qaynar.info-nun Lent.az-a istinadən verdiyi məlumatına görə, çıxış edən deputat Sahib Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu bildirib.

O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: “Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, “millidir” deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun”.

Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.

Qaynar.info