Xəbər lenti

Deputat təbbi fəlakətdən zərər çəkən  insanlara maddi yardım olunmasını təklif etdi
Ölkə 11:25 28.06.2024

Deputat təbbi fəlakətdən zərər çəkən  insanlara maddi yardım olunmasını təklif etdi

"Ziyan çəkmiş kəndlilərə maddi yardım edilməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, ötən günlərdə Azərbaycanda baş verən təbii fəlakət hadisələri nəticəsində əhali üçün ciddi problemlər yaşanıb:

"Bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür.Bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi tam kəsilib. Təsərrüfatlarını sığorta etdirməyən kəndlilərin sayı hələ də çoxluq təşkil edir.  Bunun nəticəsində, istehsal xərclərini belə qarşılaya bilməyən kəndlilərin bir çoxu təsərrüfatlarını bağlamaq məcburiyyətində qalır və nəticədə məhsuldarlıq aşağı düşür və qısamüddətli də olsa kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma yaranır. Bununla yanaşı, təsərrüfatlarını sığorta etdirməyən fermerlərə banklar ehtiyatla yanaşdığından, onlar maliyyə əlçatanlığının azalması problemi ilə üzləşirlər. Bu kimi halların aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməlidir.  Hesab edirəm ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görülsə də, vətəndaşların şikayəti hələ dədavam etməkdədir. Dəyən ziyanın tam olaraq aradan qaldırılması və əhalinin bu prosesdən minümum zərərlə çıxması üçün Nazirlər Kabineti xüsusi qərar çıxarmalı, tədbirlər planı hazırlanmalı və təbii fəlakət nəticəsində zərərçəkmiş insanlara maddi yardım olunmalıdır".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->