Xəbər lenti

Deputat tələbələrə güzəşt tələb etdi
Ölkə07:17 17.02.2023

Deputat tələbələrə güzəşt tələb etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biletlərin baha olması səbəbindən tələbələrimizin ölkəyə qaytmasında ciddi problem yaranır". 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında Ceyhun Məmmədov deyib.
"Başqa məsələ isə odur ki, Türkiyədə zəlzələ səbəbindən təhsilin distant formaya keçməsindən sonra orada təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi ölkəyə qayıdıb. Onların kitabları və istifadə etdikləri dərs vəsaitləri Türkiyədə qalıb. Amma təyyarə biletlərinin baha olması səbəbindən qayıdıb götürə bilmirlər. Bütün bunlar nəzərə alınaraq, tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tədbiqinə baxılmasına ehtiyac var. Dünyada belə təcrübə çoxdur. Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Ölkə rəhbərliyinin təhsilə böyük önəm verməsini nəzərə alaraq müvafiq dövlət qurumları bu sahədə araşdırma aparıb aidiyyəti qurumlara təkliflərini verməlidir”, deyə deputat bildirib.
Qafqaz Rafiqoğlu