VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunaraq, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilən “NİDA” Vətəndaş Hərəkatının kordinatoru Zaur Qurbanlının zaminə götürülməsi üçün baş prokuror Zakir Qaralova müraciət edib.
Müraciətdə Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər müddətdə millət vəkilinin zaminliyinə buraxılması baş prokurordan xahiş edilir.