Prezident İlham Əliyev Milli Məclisin üzvü Məlahət İbrahimqızını "Şöhrət” ordeni ilə təltif edib.
Qaynarinfo xəbər veurr ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı ilə əlaqədar Məlahət İbrahimqızı prezidentin sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif olunub.
Prezident başqa bir sərəncamla Azərbaycan Respublikasında arxiv işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Milli Arxiv İdarəsinin rəisi Ataxan Əvəz oğlu Paşayevi "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.