
"Astara rayonunda baş verən hadisənin fotolarını görüb dəhşətə gəldim. Bunu törədən bir insan ola bilməz! Ona insan deməyə dilim gəlmir..."
Bu sözləri Qaynar.info-ya açıqlamasında deputat Qənirə Paşayeva deyib.
O həmçinin bildirib ki, bu cür hallara biganə qalmaq olmaz: "Hesab edirəm ki, belə vəhşiliyi törədən layiq olduğu ən sərt cəzanı almalıdırlar ki bir çoxlarına ibrət olsun. Artıq yorulduq və ciddi üzüntü keçiririk qadınlara qarşı ailədaxili, məişətzorakılığı xəbərlərindən. Nə qədər olar... Artıq yetər! Müasir dünyada belə hadisələri görmək üzüntüvürici olmaqla bərabər ciddi narahatlıq doğurmalıdır. Üstəlik narkotik bəlasının nələrə səbəb olduğundan bütün ailələr, hamımız daha ciddi narahat olmalıyıq və yaxınlarımızı, insanlarımızı ondan qorumaq üçün səyləri daha da artırmalıyıq... Bir qadına qarşı törədilmiş bu fotonu görəndən hələ də özümə gələ bilmirəm. Bunun sadəcə bir adı var. Vəhşilik..."
Qeyd edək ki, bu gün Astara rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Belə ki, rayonun Kələdəhnə kənd sakini, narkotik alüdəçisi olduğu bildirilən 33 yaşlı Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona dəhşətli işgəncələr verib. Həmçinin o, həyat yoldaşının başını qırxaraq, qulaqlarını da kəsib, ona ağır işgəncələr verib.
Qaynar.info