Xəbər lenti

Deputatın bazarında etiraz aksiyası -YENİLƏNİB
Ölkə06:38 01.08.2013

Deputatın bazarında etiraz aksiyası -YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir bazarında sakitlikdir. 

Rayon sakinlərinin Qaynar.info-ya verdiyi məlumata görə, səhər saatlarında bazarda başlayan etiraz aksiyası polis müdaxiləsi ilə dağıdılıb. Aksiya zamanı saxlanılanlarla bağlı məlumat verilmir. Hazırda bazar polis nəzarətindədir.

***

10:38

Avqustun 1-də səhər saatlarında Kürdəmir rayon mərkəzi bazarında bir qrup sahibkarlar etiraz aksiya keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.


Hüquq müdafiəçisi Lətafət Məlikovanın musavat.com-a verdiyi məlumata görə, mərkəzi bazarın sahibi deputat Fərhad Qəribovun oğludur.

Aldığımız məlumata görə, etiraz edənlər dəmir yolunu bağlamağa cəhd etsə də, polis  qüvvələri tərəfindən ərazi nəzarətə götürülüb.

Polislə qarşıdurma olub. Aksiyaçılar arasında xəsarət alanların olduğu bildirilir.

L.Məlikova bildirib ki, aksiya hələ davam edir.

Qaynar.info