Xəbər lenti

Deputatın maşını partladı, yaralananlar var
Ölkə04:39 05.10.2016

Deputatın maşını partladı, yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün axşam saatlarında Tbilisidə Gürcüstan parlamentinin deputatı Givi Tarqamadzenin avtomobilində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə parlamentari özü məlumat verib.

Onun sözlərinə görə, partlayış nəticəsində yoldan keçən bir neçə nəfər xəsarət alıb. Bundan əlavə, maşının arxa hissəsi ziyan çəkib. Tarqamadze qeyd edib ki, o və sürücüsü cüzi zərər çəkib.

Deputatın fərziyyəsinə görə, partlayış "məsafədən idarə olunan pult vasitəsi ilə törədilib".

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Qaynarinfo.Az