Xəbər lenti

Deputatlar maaşlarını orduya verirlər
Ölkə08:05 05.04.2016

Deputatlar maaşlarını orduya verirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisdə deputatalara əməkhaqlarını Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürmək çağırışı edilib.

Qaynar.info Trend-ə istinadən bildirir ki, deputat Qüdrət Həsənquliyev çıxışında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bəyan edib.

O, həmkarlarını da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".

Digər deputatlar da Q.Həsənquliyevin çağırışına dəstək verib.

Qaynar.info