Xəbər lenti

Deputatlar Silahlı Qüvvələrin Yardım Fonduna nə qədər pul köçürüb?
Ölkə09:58 04.07.2019

Deputatlar Silahlı Qüvvələrin Yardım Fonduna nə qədər pul köçürüb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov
"Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb".
Qaynarinfo xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hər biri 500 manatdan yardım ediblər: "Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq".