Xəbər lenti

Deputatlar üçün pulsuz mobil rabitə!
Ölkə06:22 16.02.2013

Deputatlar üçün pulsuz mobil rabitə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq paylanılmasına başlanan bu nömrələrlə həmin şəxlər öz aralarında pulsuz danışa biləcəklər

Milli Məclisin deputatları, Heydər Əliyev Fondunun, Prezident Administrasiyasının əməkdaşları və onların ailə üzvlərinə güzəştli mobil rabitə xidməti göstəriləcək.  

Sözügedən qurumun əməkdaşları və onların ailə üzvlərinin istifadəsinə “050 288”lə başlayan xidməti mobil telefon nömrələrin verilməsinə başlanılıb. Artıq paylanılmasına başlanan bu nömrələrlə həmin şəxlər öz aralarında pulsuz danışa biləcəklər.

Bu xidməti nömrələrlə başqa operatorlarla da ayda 300 dəqiqə pulsuz danışıq imkanı veriləcək. Bundan başqa, xariclə danışıqlara 25 faiz güşət ediləcək. Həmin nömrələrin sahibləri eyni zamanda, internet xidmətindən də 50 faiz güzəştlə istifadə edə biləcəklər (Qafqazinfo).

Qaynar.info