Xəbər lenti

Deputatların toxunulmazlığı ləğv olunmalıdır: “Bizneslə məşğuldurlar”
Ölkə09:01 29.09.2019

Deputatların toxunulmazlığı ləğv olunmalıdır: “Bizneslə məşğuldurlar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son dövrdə baş verən hadisələr, qalmaqallar, dövlət məmurlarının, biznesmen deputatların barələrində mətbuatda gedən yazılar, Hesablama Palatasının verdiyi hesabatlar onu deməyə əsas verir ki, təcili olaraq Milli Məclis vəzifəli şəxslərin gəlirləri və onun mənbəyi haqqında qanun qəbul etməlidir”.

Yenisabah.az-ın xəbərinə görə, bu təşəbbüslə keçmiş YAP-çı deputat Musa Musayev çıxış edib. O, bildirib ki, bundan başqa Azərbaycanda deputatların toxunulmazlığı haqqında qanun ləğv olunmalıdır:

"Cənab prezidentin sərəncamı ilə komissiya yaradılmalı, bütün dövlət və özəl qurumların  maliyyə fəaliyyəti yoxlanılmalıdır.

Aşkar edilmiş bütün faktlar aidiyyatı qurumlara təqdim olunmalı və aşkarlığa əməl edilməlidir.

Şəxsən mənim tanıdığım vəzifəli şəxslər var ki, vəzifəyə təyin edildikdən 5 ay sonra möhtəşəm tikintilər aparır və milyonlarla vəsait xercleyir. Bu pulu o necə qazanır? Biz mətbuatda gedən yazıları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, Azərbaycanda hamı bizneslə məşğuldur”.