Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçı "ASK Arena"da baş tutub. "Keşlə" doğma meydanda "Zirə"ni qəbul edib. Bu qarşılaşma Rəşad Sadıqovun komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün yeganə qolunu 45-ci dəqiqədə Mohamed Hamdaui rəqib qapısından keçirib. "Keşlə"nin müdafiəçisi İlkin Qırtımov isə iki sarı vərəqə ilə meydandan qovulmaqla yadda qalıb.
Bu qələbədən sonra "Zirə" xallarının sayını 25-ə yüksəldib.
Turun ilk oyun gününə Azərbaycan derbisi ilə yekun vurulub. "Bakcell Arena"da "Neftçi" "Qarabağ"ı qəbul edib. Bu qarşılaşmada Qurban Qurbanovun komandası qələbəyə sevinib - 2:1. "Qarabağ"dan hər iki qolu Kadi Borqes (25, 62), "Neftçi"dən isə 82-ci dəqiqədə Mert Çelik fərqlənib.
"Qarabağ" qələbədən sonra xallarının sayını 36-ya yüksəldib və turnir cədvəlindəki mövqeyini bir qədər də möhkəmlədib.
Turun son iki qarşılaşması sabah baş tutacaq. Əvvəlcə "Bank Respublika Arena"da "Sabah" "Qəbələ"ni qəbul edəcək. "Sumqayıt" isə "ASCO Arena"da "Səbail"in qonağı olacaq.
Səbuhi Həsənov