Xəbər lenti

Dərdimizi çəkməyən rəssamlarımız
Ölkə12:39 24.06.2013

Dərdimizi çəkməyən rəssamlarımız

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jalə İsmayıl

Nərimanbəyovla bitirmişdik, onunla davam edək.

Sonvaxtlar sənət adamlarına, xüsusən də, rəssamlara qarşı izah edəbiləcəyim bir hirs var içimdə. Bütün sənət adamları arasında əneqoistləri onlardı. Yenə teatrlarda xırda-para işarə görürük.Bəstəkarlar bir-iki marş yazıblar mədhnamələrlə bərabər də olsa.

Amma bu rəssamlar hardadılarsa, bizim yanımızda deyillər. 

Dünyamiqyasında tanındıqları iddia olunan Tahir Salahov, ToğrulNərimanbəyov, Sakit Məmmədov və digərlərinin çatı olub boğazımıza keçmişQarabağ mövzusunu, konkret olaraq, uduzduğumuz müharibəni göstərəntabloları varmı? Mən heç vaxt görmədim. Yerini bilən varsa, nişanversin.

Nişan versin, biz də bu tabloların qarşısında dərin düşüncələrə dalaq. Çayın necə axması barədə əbədi sualın cavabını axtaraq.

Meyitinibölüşdürə bilmədiyimiz Nərimanbəyov Parisin ən böyük sərgi salonlarıilə işlədiyi halda bircə dəfə o elitar salonlarda həqiqətimizin rəsminiasıbmı? Əlaqələrindən istifadə edərək bir səssiz mədəni aksiyakeçiribmi? Görən varsa, lütfən, nişan versin.

Nişanversin, mən də Toğrul bəyin Bakıda basdırılması üçün imzatoplamakampaniyasına başlayım. Bizdən danışmayan adam bizdə basdırılsa,nolacaq, basdırılmasa, nolacaq?

Əsərləri dünyanın böyük rəsm qalereyalarını və fərdi sərgiləri bəzəyir!

Rəssamlarımızhaqqında belə sözlər eşidəndə ürəyimiz fəxarət hissilə dolub-daşır.Amma onların heç hakimiyyətin tənqidi demirəm, uzaqdan baxdığımızQarabağa aid fərdi sərgiləri keçirilibmi? Əsərləri qarşısındahayıl-mayıl olan dünya tamaşaçıları (o tamaşaçılar ki, xüsusi zövqsahibdirlər, elitar təbəqə hesab olunurlar, alimlər, siyasətçilər,musiqiçilər, biznesmenlər sinfinə aiddirlər) bu adamların vətənində başverən müsibətlər haqqında məlumat alsalar, sənət çox şeymi itirər?

Onlarabelə bir təbliğat üçün nə lazımdır? Daxili tələbat, sosial sifariş,dövlət tapşırığı? Qiyməti 30 mindən başlayan tablolar üçün dövlət əlinibüdcəyə atarmı?

Tərcümə olunmur tablolar. Əlavəxərc istəmir. Daha intellektual kəsimə hesablana bilir. Sürətləyayılması üçün uzun vaxt tələb olunmur. Bəs nə lazımdır?

Yaxud vicdan hansı rəngdədir?

Nə dərdimizi çəkirlər, nə də dərd çəkirlər dünya boyda rəssamlarımız...

Həvəskarrəssamlar – şagirdlər, tələbələr, hələ ki, daha yaxındılar bizə. Nolsunki, dünyanın onlardan xəbəri yoxdu. Sağ olsunlar, yenə arada bizdəndanışırlar. Vicdan və məsuliyyət hissilə əllərindən gələni edirlər.Onlar hələ böyüməyiblər, onlar pulun necə qoxumasından xəbərsizdilər... 

Bəli, bir gün hər şey bitəcək. Müharibə də.Yaralar qaysaq bağlayacaq. Ermənilərin regionda və bütün dünyada ənyaxın dostu olacağıq. Kirvə tutacağıq yenə Aşotu. Unudacağıq bugünküacığımızı, ağrımızı. Mütləq unudacağıq. Əlimizdə su içmək.

Rəssamlarımız da bilir bunu.

Ona görəmi bizim davamıza qarışmırlar?

Yəni ki, hər şey gəldi-gedərdi, dünyada sənət qalacaq?!

Dünyada qalacaq sənət insan(ın)a xidmət etməyəcəksə, niyə və kimə qalacaq?