Xəbər lenti

Dərman idxalı ƏDV-dən azad edə bilər
Ölkə09:37 10.02.2016

Dərman idxalı ƏDV-dən azad edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycana idxal edilən dərman vasitələrinin ƏDV-dən azad edilməsi mümkündür.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, bu, Gömrük Komitəsinə aid olan məsələdir: "Bu, yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsinin səlahiyyətinə verilib. Hesab edirəm ki, bu, mümkündür və artıq parlamentdə də müzakirələr gedir. Əgər qəbul edilsə, büdcədə onu kompensasiya etməyə imkanımız var".

Qaynar.info