Xəbər lenti

Dərmanlara qadağa
Ölkə08:06 29.09.2014

Dərmanlara qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi tərəfindən 340-dan çox dərman preparatının satışına qadağa qoyulub.

Qaynar.info-nun məlumatına görə, buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir. Bunlar əsasən Türkiyə, Rusiya, Ukrayna, Macarıstan,Polşa, Rumıniya, Avstriya və Yunanıstan istehsalı olan preparatlardır. Nazirliyin qadağan etdiyi dərman seriyaları arasında Türkiyə istehsalı dərmanlar üstünlük təşkil edir. 

Nazirliyin siyahısında müxtəlif dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib. Bu dərmanların çoxunun istifadə müddəti 2015-2018-ci illərdə başa çatır.

Qaynar.info