Xəbər lenti

Dərmanların qiyməti endirilə bilər - VİDEO
Ölkə17:06 10.02.2016

Dərmanların qiyməti endirilə bilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər Nazirliyi bir müddət əvvəl Milli Məclisdə səsləndirilən, dərmanların Əlavə Dəyər Vergisindən azad olunması barədə təkliflərə münasibət bildirib.
ANS TV-nin məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, hazırki şəraitdə büdcə bu addımı atmağa imkan verir.
“Burda söhbət idxal zamanı dərmanların Əlavə Dəyər Vergisindən azad edilməsindən gedir. Bu məsələ yanvarın 1-də Gömrük orqanlarının səlahiyyətindədir. Artıq parlament səviyyəsində də belə müzakirələr aparılır. Bu tamamilə mümkün olan bir şeydir. 
Büdcəmiz bundan çox ciddi bir ziyana düşməyəcək, onu biz başqa gəlir mənbələrindən, daxil olmalar hesabına kompensasiya etmək iqtidarındayıq. Əgər belə bir qərar qəbul olunarsa, bu çox müsbət qarşılanacaq. Büdcə üçün, vergi orqanları üçün heç bir problem yaratmayacaq”, - Sahib Ələkbərov bildirdi.
Qaynar.info