Xəbər lenti

Dərnəgül yolu yenə qazıldı və bağlandı - FOTO
Ölkə15:00 31.01.2015

Dərnəgül yolu yenə qazıldı və bağlandı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Ziya Bünyadov prospekti yenidən qazılıb. Axar.az xəbər verir ki, Dərnəgül yolu adlanan prospektdə möhkəmləndirici tramplinlər qoyulması üçün bir neçə yerdən qazma-tökmə işlərinə başlanıb.
Bu tramplinlər yolqovşağının davamlılığı üçün nəzərdə tutulub.
Dərnəgül yolu təmir olunarkən tramplinlərin bəzi yerlərdə qoyulması unudulub. Hazırda qazıntı işlərinə görə əraziyə texnika və işçi qüvvəsi cəlb olunub, bir neçə gündür tıxaclar yaranıb. Sürücülər prospektdə yaranmış sıxlığı məhz təzədən görülən yarımçıq təmir işləri ilə əlaqələndirir.
Qeyd edək ki, sözügedən prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda, Qələbə meydanı ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. 
Qaynar.info