Xəbər lenti

Dərs il nə zaman başlayacaq? - AÇIQLAMA
Ölkə16:22 15.08.2016

Dərs il nə zaman başlayacaq? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər sosial şəbəkədə dərs ilinin başlama gününün dəyişdirilməsi ilə bağlı məlumat yayılıb. İddialara görə, dərs ili sentyabrın 15-i deyil, 1-i başlayacaq. 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov musavat.com-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 
“İnsanlar sosial şəbəkədə yayılan hər məlumata inanmasın. Ora nazirliyin rəsmi saytı deyil. Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib. Fərman olduğu kimi qalıb, dəyişiklik yoxdur. Dərs ili sentyabrın 15-i başlayacaq” .
Qaynarinfo.Az