Xəbər lenti

Dərsə gedən bir uşaq... (FOTOLAR)
Ölkə07:31 15.09.2017

Dərsə gedən bir uşaq... (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq gənc nəsil üçün sentyabırın 1-i yox, 15-i daha həyəcanlı gündür. Ayın əvvəlindən, yeni geyimlərdən tutmuş kitab-dəftərə qədər hər şeylərini hazır edən məktəblilər həyəcanla bu günü gözləyirdilər. Yuxarı siniflər üçün bu proses tanış olsa da, 1-ci sinifə gedən balacalar üçün çox həyəcanlı gün oldu.

Bakı şəhər 16 nömrəli texniki-humanitar liseyində də bu gün məktəblilər çox həyəcanlı idi. Liseyin direktoru məktəbliləri salamladı və onlara bu tədris ilində uğurlar arzuladı. 

Tədbirdə hər kəsdən çox birinci sinifə gələn körpələrin valideynləri həyəcanlı idi. Onlar ilk dəfə məktəbə ayaq basan övladları üçün həm sevinir, həm də narahat olurdular.

Valideynlərdən biri - Gülnar Məmmədova "Böyük oğlum bu il artıq 4-cü sinifə, qızım isə 1-ci sinifə başlayır. Qızım səhər hamıdan tez oyanmışdı. Neçə vaxtdı məktəbə gəlmək üçün tələsirdi. Bütün valideynləri və uşaqları təbrik edirəm. İnşallah bu sevinci bizə universitetə qəbul olanda da yaşatsınlar" deyir.

İlqar Cəfərov isə deyir ki, bir ailədə iki uşaq məktəbə gedirsə, o ailə üçün çox çətin olur: "Bizdən artıq bu il iki uşaq gedir məktəbə. Oğlum 1-ci sinifə başlayır. İndi məktəbdə uşaq oxutmaq universitetdə oxutmaqdan daha çətindir. Bunun forması var, dəftəri var, bayramları var. Uşaq oxudan valideynlər nə demək istədiyimi anlayır. Yenə də bütün uşaqlara uğurlar arzu edirəm, valideynlərə isə səbr". 

Məktəbdə fotolar çəkmək istəsək də, direktor buna etirazını bildirdi. Lakin valideynlər və məktəblilər foto çəkdirməyə çox həvəsli idilər. Biz də "Qaynarinfo" adından bütün məktəbliləri təbrik edir, dərslərində və həyatlarında müvəffəqiyyət arzu edirik.

Lalə Niftalıyeva

Foto: Sultana Əhmədbəyli

Qaynarinfo.Az