Xəbər lenti

Dərsə getmək üçün hər gün Kür çayını keçən məktəbli (VİDEO)
Ölkə19:42 07.03.2019

Dərsə getmək üçün hər gün Kür çayını keçən məktəbli (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdədə müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətov yaşadığı ərazidən təxminən 5 km. aralıda yerləşən Zərdab rayonunun Xasa kənd ümumi orta məktəbində oxuyur.
5-ci sinif şagirdi olan Əli təhsilini davam etdirmək üçün bütün əziyyətlərə qatlanır. O, hər səhər velosipedlə Kür çayının kənarına gəlir, qayıqla qarşı tərəfə keçərək dərsə yollanır. Onun dərslərə olan marağı sinif yoldaşlarını da həvəsləndirir. 
Küləkli havalarda Əli çayı keçib, dərsə gedə bilməyəndə müəllimləri ona əlavə məşgələlər təyin edir. Bununla da o, dərs proqramından geri qalmır. 
Əlinin uğurlarında oxuduğu məktəbin rəhbərliyinin də payı var. Hər gün Kür çayını keçdiyi qayığı məhz Xasa kənd orta məktəbinin rəhbərliyi onun üçün düzəltdirib. Qayığı sürməyi bacaran qadın isə hər gün şagirdə kömək edir, çayın o tərəfindən bu tərəfinə keçirir. (Xəzər TV)