Xəbər lenti

Dərslər nə vaxtadək dayandırılıb? (RƏSMİ)
Ölkə13:17 01.04.2021

Dərslər nə vaxtadək dayandırılıb? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq, distant (məsafədən) formaya keçirilir:
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, bununla bağlı yaranan narahatlıq başadüşüləndir. Lakin mövcud vəziyyətdə ən optimal variant budur.
V.Yaqublu şagirdləri teledərslərin aktiv iştirakçısı olmağa da çağırıb.