Xəbər lenti

Dərsliklər vaxtından əvvəl yığılır: Ekspert DİM-i günahlandırdı
Ölkə 14:24 31.05.2024

Dərsliklər vaxtından əvvəl yığılır: Ekspert DİM-i günahlandırdı

Dərs ilinin başa çatmasına 15 gün qalsa da, artıq məktəblərdə dərs vəsaitlərinin yığılmasına başlanılıb. Hətta bəzi məktəblərdən aldığımız məlumata görə, mayın 25-dən sonra dərs vəsaitlərinin yığılması ilə bağlı şagirdlərə xəbardarlıqlar edilib. Bu isə valideynlərin narazılığına səbəb olub.
 
Onlar uşaqlarının dərs vəsaiti olmadan məktəbə gedib-gəlməsinin əleyhinə olduğunu qeyd ediblər:

"Boş-boşuna yol pulu gedir, dərs vəsaiti yoxdursa uşaq dərsə niyə getməlidir? Dərs vəsaitləri iyunun  15-də yığılsın". 

Belə olan təqdirdə qarşıdakı iki həftə ərzində şagirdlər məktəb niyə gedir? 

Təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında bu məsələnin gündəmdə olduğunu bildirib:

"Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sistemini hələ də sıxışdırmaqda davam edir. Bu nə vaxta kimi davam edəcək? Buna rəsmilərin əsəbləri  nə qədər dözəcək? Bütün bu suallara cavab vermək çətindir. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını dərs başa çatmamışdan iki ay əvvəl yekunlaşdırır. 10-11-ci sinif şagirdlərinin ümumiyyətlə, dərsə getməsi üçün heç bir səbəb qalmır. İkinci bir tərəfdən bu imkan verir ki, məktəb direktorları buraxılış imtahanlarını vermiş məzunlar üçün artıq dərsin bitdiyini hesab edir və dərslikləri yığırlar. Onlardam dərslikləri yığan kimi digər siniflər də bunu görür və və onlar da şagirdlərdən dərslikləri tələb edir". 
 
Məzahir Məmmədli qeyd edib ki, hazırda 4-cü sinifdən yuxarı bütün siniflərdən dərsliklər yığılıb: 

"Bunun üçün statistikaya ehtiyac qalmayıb. Çünki sosial şəbəkələrdə hər kəs bundan danışır. Elm və Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Dövlət İmtahan Mərkəzinin özbaşınalığı bir az davam etsə, Azərbaycan təhsil sistemi çökəcək". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->