Xəbər lenti

Devalvasiya Avropa Oyunlarına necə təsir etdi?
Ölkə13:45 20.04.2015

Devalvasiya Avropa Oyunlarına necə təsir etdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin fevralında manatın məzənnəsinin dəyişməsi Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı işlərin maliyyələşdirilməsinə heç cür təsir göstərməyib. 

Qaynar.info-nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın büdcəsi Avropa Oyunları çərçivəsində bütün planlaşdırılmış işləri maliyyələşdirməyə imkan verir.

Qeyd edək ki, ilk Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Qaynar.info