
Dünən gecə tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi cəmiyyətdə şok effekti yaradıb.
Dəyanət Rzayevin intiharı sosial şəbəkələrdə və mediada günün ən çox müzakirə olunan mövzusuna çevrilib.
Qaynarinfo.Az son zamanlar cəmiyyətdə artan intihar halları və Dəyanət Rzayevin intihar etməsi ilə psixiatr Bəxtiyar Mustafayevdən məsələyə münasibət öyrənib.
Bəxtiyar Mustafayevin sözlərinə görə, intihar normal düşüncə fonunda baş vermir:

Bəxtiyar Mustafayev
"Son günlər intiharların sayının artamasında bir çox səbəblər var. Bura həm sosial problemlər, həm də psixiatrik xəstəliklər səbəb ola bilir. Ən sadə misal kimi depressiyanı göstərmək olar. Son araşdırmalara görə, depressiya 2020-ci ildə ən çox yayılmış xəsətəliklər arasında ilk üçlükdə olacaq. Depressiya residiv verən, yəni təkrarlanan xəstəlikdir və hər epizoddan sonra müalicə olunmadıqca təkrarlanma faizi daha da yüksəlir. Müalicə olunmadıqda isə təbii ki, nəticə intihar olur. Son zamanlar həm sosial, həm də psixoloji səbəblər (filmlər, daimi mediada gedən intihar xəbərləri, sosial şəbəkələr) intihar sayının artmağına çox təsir göstərir".
Bəxtiyar Mustafayevin sözlərinə görə, psixoloq Dəyanət Razayevin intihar xəbəri isə iradəsi zəif olan insanlar üçün xoş olmayan fikirlər formalaşdıracaq:
"Hər bir halda intihar çıxış yolu deyil və problemlərlə daha aydın qavramaq üçün mütəxsəssis yardımı almaq lazımdır. Çalışmaq lazımdır ki, intihar xəbərləri sosial şəbəkələrdə çox qabardılmasın. Çünki bu kimi xəbərlər intihar fikrində olan insanlara stimul verir".
Zümrüd
Qaynarinfo.Az