Xəbər lenti

“Deyib ki, Maral “mama rozadır...””
Ölkə11:55 02.02.2015

“Deyib ki, Maral “mama rozadır...””

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Maral Tahirqızının istintaqa cəlb olunması barədə yayılan xəbərə münasibət bildirib. 
Qaynar.info xəbər verir ki, ATVxəbər.az-a danışan ifaçı məsələyə aydınlıq gətirib: "Elə bir fakt var? Kimsə mənim nömrəmi götürüb, söhbət yayılıb. Araşdırma gedir. Mən qadın alveri ilə məşğul deyiləm. Bir qadın var, salonda işləyir, mən üz-qaşımı aldırmışam. Mən onu tanıyıramsa, məsuliyyət daşımıram. Salonda işləyirsə özü bilər, kimisə kiməsə düzəldirsə, özü bilər. Gedib haqqımda deyib ki, Maral "mama rozadır", Esmiradı, kimdi bilmirəm, məsuliyyəti öz boynuna. Mən axı nə bilim o nə işlə məşğul olur? Vəkilim məsələ ilə məşğuldur, boynuma şər atıblar".
Xatırlaadq ki, müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.
Qaynar.info