Binada olan liftin biri sakinlərin istifadəsinə verilmir.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə Xətai rayonu ərazisində yerləşən və "İnter” MMC-yə məxsus olduğu bildirilən yaşayış binasının sakinləri çıxış ediblər.
Onların sözlərinə görə, üç liftdən biri yalnız müəyyən mərtəbələrə - 1, 2, 3, 4, 21, 22 və 23-cü mərtəbələrə xidmət göstərir.
Sakinlər bildirirlər ki, premium yaşayış kompleksi kimi təqdim olunan binada liftlərin keyfiyyəti və istifadəsi ilə bağlı ciddi narazılıqlar var. Bundan əlavə, zibil qablarının giriş qapılarının yaxınlığında yerləşdirilməsi də sakinlərin narahatlığına səbəb olur.
Bildirilir ki, istifadədə olan digər liftlərdə də tez-tez texniki nasazlıqlar yaranır.
Məsələ ilə bağlı şirkətin əməkdaşı olan İlqar adlı şəxs qeyd edib ki, sözügedən liftdə təmir işlərinə başlanılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər