Xəbər lenti

“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir” (VİDEO)
Ölkə21:31 08.12.2025

“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda "Lexus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib.
Hadisədə ölənlərin yaxınları danışıblar.
Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:
"Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”.
Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib:
"Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.
Daha ətraflı "Baku TV”nin süjetində: