Xəbər lenti

DGK-dan gömrükdəki kartof qalmaqalı ilə bağlı açıqlama
Ölkə17:57 28.10.2019

DGK-dan gömrükdəki kartof qalmaqalı ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə toxumluq kartofun gömrük orqanları tərəfindən ölkəyə buraxılmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, qüvvədə olan qanunvericiliyə əsasən mart, aprel, may, sentyabr, oktyabr və noyabr aylarında ölkəyə toxumluq kartofun idxalı gömrük rüsumlarından azad olunmaqla həyata keçirilir.

Bu güzəştlərdən istifadə etməklə gömrük ödənişlərindən yayınmaq istəyən bəzi işbazlar toxumluq adı altında digər kartof məhsulunun idxalına cəhd göstərirlər. Gömrük orqanları da bu kimi halların qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir. Toxumluq kartofun ölkəyə buraxılmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar da məhz həmin işbazlar tərəfindən məqsədli şəkildə yayımlanır.

Dövlət Gömrük Komitəsi bildirir ki, toxumluq və digər kartof məhsulunun ölkəyə idxalında hər hansı məhdudiyyət yoxdur və qanunvericiliyə uyğun şəkildə, qısa vaxt ərzində rəsmiləşdirilərək sahiblərinə təhvil verilir.