Xəbər lenti

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verildi
Ölkə19:08 01.11.2021

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.
"Report” xəbər verir ki, bununla bağlı komitənin sədri Fuad Muradov əmr imzalayıb.
Əmrə əsasən, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.
Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.
Komitədən təyinatlarla bağlı məlumata münasibət öyrənmək mümkün olmayıb.