Xəbər lenti

Dietoloq çörək yeməyin yaratdığı həzm problemlərini açıqladı
Ölkə16:51 29.12.2021

Dietoloq çörək yeməyin yaratdığı həzm problemlərini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dietoloq Tatyana Razumovskaya çörək yeməyin fəsadlarından danışıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, məhsul gündəlik istehlak edildikdə, çəki artımına və həzmə təsir göstərir. Həkim xatırladıb ki, çörəyin kalori miqdarı orta hesabla 100 qrama 250-300 kilokalori təşkil edir.
Eyni zamanda, incə üyüdülmüş buğda çörəyi yüksək qlisemik indeksə malikdir.
Dietoloq izah edib ki, "narın un çörəyi iştahı stimullaşdıraraq dolayı yolla çəki artımına təsir edir”. Bu baxımdan, mütəxəssis çox oturduğu və az hərəkət etdiyi üçün çörəkdən imtina etməyi məsləhət görür.
Razumovskaya həmçinin xəbərdarlıq edib ki, tam taxıl çörəyi yemək şişkinlik və köplüyə səbəb ola bilər, lakin az miqdarda, əksinə, bu, həzmə kömək edir.
Alpər